RU

Ceyhun Bayramov: Türk Dövlətləri arasında müdafiə əməkdaşlığı narahatlıq yaratmır

BAKI, 26 dekabr. TELEQRAF

Türk Dövlətləri Təşkilatı ölkələri arasında müdafiə potensialının artması narahatlıq yaranmasına heçbir səbəb yoxdur.

Teleqraf xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

O bildirilib ki, təşkilata üzv dövlətlər arasında ən müxtəlif sahələrdə intensiv əməkdaşlığın genişləndiyininşahidi oluruq.

“Xüsusilə mülki müdafiə və fövqəladə hallar sahəsində əməkdaşlıq ötən il daha da güclənib. Üzv ölkələr arasında ümumilikdə 35 əməkdaşlıq platforması mövcuddur. 2025-ci ildə Türkiyədə keçirilən 18 təlimdə Azərbaycan hərbçiləri iştirak edib, həmçinin Özbəkistan və Qazaxıstanda təşkil olunan iki təlimə qatılıblar.

Nazir vurğulayıb ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında müdafiə potensialının artırılmasında heç bir narahatlığa səbəb yoxdur.

Избранный
50
teleqraf.com

1Источники