RU

ADAU-da Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirilib

Gəncə, 26 dekabr, Elcan Məmmədov, AZƏRTAC

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra Dövlət Himni səsləndirilib.

Çıxış edən universitetin rektoru Zəfər Qurbanov müəllim və tələbə kollektivini Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni il münasibətilə təbrik edib. Bildirib ki, bu əlamətdar gün bütün dünyada olan azərbaycanlıların milli birliyinin, həmrəyliyinin və ortaq dəyərlər ətrafında birləşməsinin rəmzidir.

Rektor deyib ki, geridə qoyduğumuz ildə Dövlət Aqrar Universiteti olaraq elm, təhsil və innovasiya sahəsində mühüm addımlar atılıb. Bu uğurların əldə olunmasında isə hər bir əməkdaşın zəhməti və fədakarlığı var.

Universitetin tələbəsi, Vətən müharibəsi iştirakçısı Eşqin Bayramov çıxışında deyib ki, döyüş meydanında qazanılan Qələbə bir daha xalqımızın birliyinin gücünü, həmrəyliyini göstərdi.

Daha sonra tədbir bədii hissə ilə davam edib.

Избранный
61
azertag.az

1Источники