RU

Separatçıya 10 illik viza verilməsi nə deməkdir? - Ceyhun Bayramov

Avropa Moldovadan, Ukraynadan, Gürcüstandan olan separatçılara dözümsüz yanaşırlar. Azərbaycandakı separatizmə isə yumşaq münasibət göstərilir.


Modern.az xəbər verir ki, bunu 2025-ci ilin yekunlarına dair mətbuat konfransında çıxışı zamanı xarici işlər naziri Cehyun Bayramov bildirib.

"Bu gün Bakıda məhkəmə qarşısında olan David Babayana Qərb ölkələri tərəfindən onillik viza verilmişdi. Halbuki Qərb ölkələrinə viza alınması prosesini hamımız bilirik. Heç kəs tərəfindən tanınmayan bir təsisatın adamına belə bir vizanın verilməsi nə deməkdir?"

Nazir başqa ölkələrə dərs demək cəhdini göstərənlərin ilk növbədə özlərinə nəzər salmalı olduğunu deyib. 

Избранный
9
modern.az

1Источники