RU

Rəsmi Bakı Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiymətinin yüksək olmasına aydınlıq gətirib

Neft məhsullarının Ermənistana satışı ilə bağlı Ermənistan tərəfindən sorğu daxil oldu və Gürcüstan üzərindən daşınma məsələsi gündəmə gəldi.

APA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib. Nazir bildirib ki, Gürcüstan tərəfindən tətbiq edilən tarif həqiqətən çox yüksəkdir: “Bu, Azərbaycanda suallar yaratdı, çünki bu mövcud praktikaya uyğun deyildi. Qısa müddət ərzində Gürcüstan rəhbərliyi məsələyə müdaxilə etdi və məsələ öz həllini tapdı. Tam bazar şərtlərinə uyğun tarif şirkətlər arasında razılaşdırılıb. Fürsətdən istifadə edərək Gürcüstan rəhbərliyinə təşəkkür edirəm. Bu onu göstərir ki, Azərbaycan Gürcüstan münasibətləri dost münasibətləridir. Düşünürəm bu məsələ həllini tapıb və yenə də o marşrutdan istifadə ediləcək”.

Избранный
13
4
apa.az

5Источники