Marketə “Kalaşnikov”la girən şəxs içki rəflərini atəşə tutub.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Məlumata görə, Petrovski rayonunda yerləşən supermarketlərdən birinə daxil olan AK-47 avtomatlı kişi mağazada atışma törədib.
Xoşbəxtlikdən hadisə zamanı heç kim xəsarət almayıb. Təhlükəli “alıcı”nı zərərsizləşdirmək üçün hadisə yerinə gələn polis əməkdaşları xidməti silahdan istifadə etmək məcburiyyətində qalıblar.
Hazırda hüquq-mühafizə orqanları saxlanılan şəxsin niyə məhz spirtli içki rəflərinə atəş açdığını araşdırırlar.
Qeyd olunur ki, uğurlu saxlanılma əməliyyatından sonra DİN əməkdaşları mükafata təqdim olunublar – onlar “İgidliyə görə” medalları alacaqlar.
Xuraman Etibarlı
İnterpress.az