RU

Azərbaycan neftinin ixracı ilə bağlı Tbilisinin təklif etdiyi ilkin tarif məqsədəuyğun deyildi

Azərbaycan neft məhsullarının Gürcüstana ixracı ilə bağlı Rəsmi Tbilisinin təklif etdiyi ilkin tarif məqsədəuyğun deyildi.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına dair hesabat zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Gürcüstan tərəfindən təklif olunan tarif çox yüksək idi. Bu isə Azərbaycan tərəfdə suallar yaratdı, çünki təklif mövcud praktikaya uyğun deyildi. Ancaq Gürcüstan rəhbərliyi məsələdən xəbər tutan kimi müdaxilə etdi və vəziyyət dəyişdi, tariflərlə bağlı məsələ öz həllini tapdı, bazar şərtlərinə uyğun tariflər şirkətlər arasında razılaşdırılır", - o qeyd edib.

Избранный
30
5
ikisahil.az

10Источники