RU

® “AccessBank” “Qızıl Şans” lotereyasının ikinci tirajının qaliblərini elan edib

“AccessBank” “Qızıl Şans” lombard lotereyasının ikinci tirajının qaliblərini açıqlayıb.

Tiraj 26 dekabr tarixində, saat 15:00-da Bankın Baş ofisində (Tbilisi prospekti 3) keçirilib və “AccessBank”ın rəsmi “Facebook” və “YouTube” hesabları vasitəsilə canlı yayımlanıb.

“Qızıl Şans” lombard lotereyasının şərtləri ilə bu linkdən tanış olmaq mümkündür:

https://www.accessbank.az/az/g/lombard/qizilshans/

Bu dəfə lotereyada 6000-ə yaxın müştəri iştirak edib (birinci tirajda isə təxminən 3000 müştəri iştirak edib). Lotereyanın şərtlərinə əsasən, ikinci tirajda yalnız 16 avqust – 19 dekabr 2025-ci il tarixləri arasında lombard krediti rəsmiləşdirən müştərilər iştirak ediblər. Birinci tirajda isə 17 aprel – 15 avqust 2025-ci il tarixləri arasında lombard krediti rəsmiləşdirən müştərilər iştirak edib.

Hər 1000 manat məbləğində lombard krediti üzrə müştərilərə 1 iştirak hüququ verilib. Hər tirajda 12 qalib təsadüfi seçim əsasında müəyyən edilib. “Qızıl Şans” stimullaşdırıcı lotereya kampaniyasının şərtlərinin 9-cu bəndinə edilən dəyişikliyə əsasən, qaliblər “.Net” proqramı vasitəsilə seçilib.

Qaliblərin siyahısını təqdim edirik:

LD2528274145 R******* G******* S**** 10 qr

LD2530457178 M********** S***** Z**** 10 qr

LD2526803114 İ***** M**** S***** 10 qr

LD2531690496 S******* S***** Z**** 10 qr

LD2528103919 S******* S**** Ə**** 10 qr

LD2519728198 M******** G**** S**** 10 qr

LD2528952380 Q******* A*** İ***** 20 qr

LD2521072590 İ***** T**** İ**** 20 qr

LD2530728918 M******* S***** M*******20 qr

LD2531686010 H******** V*** B******* 30 qr

LD2530000207 Ə******* İ***** F******** 30 qr

LD2529790065 B******* C****** İ**** 50 qr

Qalibləri təbrik edir, “Qızıl Şans” stimullaşdırıcı lotereya kampaniyasında iştirak edən bütün müştərilərimizə təşəkkür edirik.

“AccessBank” Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 24-ü bölgələrdə olmaqla, 38 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: http://bit.ly/accessbank-filiallar

Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (“Facebook”, “Instagram”, “LinkedIn”) müraciət edə bilərsiniz.

“AccessBank” QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 üvanında yerləşir.

Избранный
74
4
azertag.az

5Источники