RU

Region Liqasında 3 rəsmi futboldan kənarlaşdırıldı

Region Liqasında çıxış edən 2 klubun ümumilikdə 3 rəsmisi futboldan kənarlaşdırılıb.

Doğru.az xəbər verir ki, bu barədə qərar AFFA İntizam Komitəsinin iclasında qəbul olunub.

“Baku” komandasının rəsmisi İsmayıl Hüseynzadə və “Çinar-Zəngilan”ın idman direktoru Anar Dünyamalıyev lisenziyaların alınması üçün təqdim edilmiş sənədləri saxtalaşdırdıqları üçün 3 il müddətinə diskvalifikasiya ediliblər.

“Baku” klubunun icraçı direktoru Rövşən Mustafayev isə sənədlərin saxtalaşdırılmasından xəbərdar olduğu üçün cəzalanıb. Ona 1,5 il müddətində futbola aid olan istənilən fəaliyyətlə məşğul olmaq qadağan olunub.

DOĞRU.AZ 

Избранный
32
3
dogru.az

4Источники