RU

ABŞ Qrenlandiyaya olan marağından əl çəkmir FOTO

ain.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ-ın Qrenlandiya üzrə yeni xüsusi nümayəndəsi Ceff Lendri Fox News-a verdiyi müsahibədə bildirib ki, Ağ Ev Qrenlandiya sakinləri ilə gələcək inkişaflarını müzakirə etmək üçün birbaşa dialoq qurmaq niyyətindədir.

"Düşünürəm ki, müzakirələrimiz Qrenlandiyadakı real insanlarla, Qrenlandiyalılarla aparılmalıdır. Onlar nə istəyirlər?... Baxın, ABŞ həmişə qonaqpərvər tərəf olub. Biz ora kimisə fəth etməyə və ya kiminsə ölkəsini ələ keçirməyə getmirik", - deyə o qeyd edib.

O, ABŞ-ın Qrenlandiyaya olan marağının geosiyasi vəziyyətdən qaynaqlandığını vurğulayıb: Çin regionda aktivdir, Avropa adanı görməzdən gəlir və ABŞ coğrafi yaxınlığı sayəsində Qrenlandiyaya təhlükəsizlik üçün "tez bir həll" təklif edə bilər.

İlham

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
48
sesqazeti.az

1Источники