RU

"Rusiya izahat verməlidir" - Deputatdan AZAL-la bağlı qərara sərt REAKSİYA

Xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı Rusiyada cinayət işinə xitam verilib.

Rusiyanın bu anlaşılmaz qərarı ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirdi ki, bu bəyanat hər bir azərbaycanlıda təəccüb doğurur:

"Çox sayda insan həlak olub, təyyarə qəzaya uğrayıb və birdən-birə cinayət işinə xitam verilməsi başa düşülən deyil. Hesab edirəm ki, Rusiya tərəfi bu məsələdə eyni zamanda izahat verməlidir. Nəzərə alsaq ki, Rusiya Prezidenti bu hadisə ilə bağlı Azərbaycandan rəsmi şəkildə üzr istəyib, cinayət işinin davam etdiriləcəyini və günahkarların mütləq cəzalandırılacağını bəyan edib, belə olan halda işə xitam verilməsi anlaşılan və məntiqli görünmür".

Nuriyyə NATİQQIZI

Избранный
88
1
redaktor.az

2Источники