RU

Polkovnik-leytenantı iş yerində öldü - Foto

Bu gün Bakıda Fövqəladə Hallar Nazirliyinin zabiti qəfil ölüb.

"Yeni Sabah" "Qafqazinfo"ya istinadən xəbər verir ki, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin Bakı Regional Mərkəzinin növbətçi hissəsinin rəisi polkovnik-leytenant Rəşad Namiq oğlu Həsənovun səhhəti iş yerində anidən pisləşib. O, dərhal mərkəzin tibb məntəqəsinə çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb.

18 ildir FHN-də xidmət edən R.Həsənovun cənazəsi dəfn olunmaq üçün Qusar rayonuna göndərilib.


Telegram kanalımız
Избранный
24
14
yenisabah.az

10Источники