RU

AZAL prezidenti IV Yüksəliş müsabiqəsinin qalibi ilə görüşüb

Apa.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidenti Samir Rzayev Dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi Şahlar Məmmədovla Mentorluq Proqramı çərçivəsində növbəti görüş keçirib.

“APA-Economics” xəbər verir ki, bu barədə AZAL prezidenti öz sosial şəbəkə hesabında paylaşım edib.

“Görüş zamanı AZAL-ın strateji baxışı, şirkətin inkişaf prioritetləri, eləcə də dəyişən aviasiya bazarına uyğunlaşma istiqamətində planlaşdırılan əsas addımlar barədə müzakirələr apardıq. Hədəflərin reallaşdırılmasında vahid yanaşmanın, daxili koordinasiyanın və dayanıqlı inkişaf prinsiplərinin roluna ayrıca toxunduq.

Həmçinin komanda işi mədəniyyətinin gücləndirilməsi, müxtəlif komandalar arasında effektiv əməkdaşlığın qurulması və liderlik bacarıqlarının inkişaf etdirilməsi mövzularında fikir mübadiləsi apardıq.

Şahlar bəyə peşəkar fəaliyyətində uğurlar diləyir, qarşıya qoyduğu hədəflərə çatmasını və karyerasında davamlı yüksəliş arzulayırıq”-paylaşımda qeyd edilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
46
8
apa.az

9Источники