RU

Azərbaycandan kənarda yaşayan soydaşlarımız Azərbaycan reallıqlarını yaşadıqları ölkələrdə təbliğ etməlidir

Bizimyol saytına istinadən ain.az xəbər verir.

Diaspor tarix boyu vətənlərindən uzaqda yaşamağa məcbur olan insanların yaddaşı, kimlik axtarışı və mənəvi bağlılığı ilə formalaşan mürəkkəb bir sosial fenomendir. Azərbaycan diasporunun formalaşması XIX-XX əsrlərə təsadüf edir. Yəni göründüyü kimi diasporumuzun böyük tarixi yoxdur. Bu dövrdə müharibələr, represiyalar, iqtisadi səbəblər azərbaycanlıları da başqa ölkələrə köçərək yaşamağa məcbur edir.

Sovet dövründə diaspor fəaliyyəti mümkün deyildi. Xaricdə yaşayan azərbaycanlılar üçün milli mənsubiyyət qorxu ilə müşayiət olunurdu. Azərbaycan dilini qoruyub saxlamaq böyük bir məsuliyyət olsa da, bəzən bu da çətinləşirdi. Amma Azərbaycan müstəqillik əldə etdikdən sonra diaspor fəaliyyətində də aktivlik müşahidə olunmağa başlandı. Elə dövlətin özü də diaspor siyasətini gücləndirməyə başlamışdı. 2000-ci illərdən etibarən Azərbaycan diasporu təşkilatlanmağa başladı. Əvvəllər Türk diaspor təşkilatları ilə birlikdə ancaq mədəni tədbirlərin keçirilməsinə xüsusiə yer verən Azərbaycan diaspor təşkilatları, müharibə dövründə bir qədər fəallaşdı. Azərbaycan diasporu müharibə dövründə sosial mediada, beynəlxalq media resurslarında, ictimai-siyasi platformalarda Azərbaycan reallıqlarını dünyaya çatdırmağa çalışdılar.

Diaspor olmaq təkcə başqa bir ölkədə yaşamaq deyil, başqa bir ölkədə Vətən naminə yaşamaqdır. Bəzi diaspor təşkilatları bu prinsiplə fəaliyyət göstərsələr də, bəziləri təəssüf ki, ancaq öz mənfəətini düşünür. Bu gün Azərbaycan diasporunun qarşısında ən ümdə məsəlsə milli kimliyi qoruya bilməkdir. Çünki nəsillər inkişaf edir, yeni nəsillər çoxmədəniyyətli mühitdə böyüyür. Belə bir mühitdə, dili və dini qoruya bilmək o qədər də asan proses deyil.

Bununla yanaşı, Azərbaycan diasporunun proaktiv olmasına da ehtiyac var. Yəni hadisələrə reaksiyanı baş verəndən sonra deyil, baş verməmişdən öncə reaksiya vermək, fikir formalaşdırmaq məsuliyyətini daşımaq önəmlidir.

Niderlandda yaşayan soydaşımız Elxan İsazadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, torpaqlarımız azad edildiikdən sonra təkcə Niderlanddakı diasporumuz deyil, bütün dünya azərbaycanlılarının, ümumi diasporun fəaliyyət istiqaməti dəyişdi.  Soydaşımız qeyd edib ki, torpaqlarımız işğal altında olduğu dövrlərdə diasporun bütün gücü, enerjisi işğala və işğalçılara yönəlmişdi: “Şükür ki, artıq müharibə bitib,torpaqalrımız işğaldan azad edilib, müharibə geridə qalıb. Allah şəhidlərimizə rəhmət eləsin”.

Elxan İsazadə bildirib ki, Azərbaycanı istəməyən güclər hər zaman olub və olacaq. Soydaşımız hesab edir ki, bütün dünya azərbaycanlıları bunu gözardı etməməli, hər an tədbirli olmalıdır.

“Azərbaycandan kənarda yaşayan soydaşlarımız Azərbaycan reallıqlarını yaşadıqları ölkələrdə mütləq şəkildə təbliğ etməlidir.

“Xocalı soyqrımı”, “20 yanvar” və “31 mart” anım günləri, soyqırım hadisələri hüç bir zaman unutdurulmamalıdır”-deyə Elxan İsazadə qeyd edib.

“Bu gün Azərbaycan diaspor təşkilatlarının milli, mədəni, kültürəl və digər istiqamətlərdə fəaliyyət göstərə bilmək üçün vaxt və imkanları yaranmışdır. Artıq qürurla, qalib xalqın mənsubları olaraq öz yolumuza davam etməliyik”-deyə Elxan İsazadə bildirib.

Qeyd: Hər zaman deyirik ki, diasporumuz müqyaisədə güclü deyil, gəncdir və güclənməsinə ehtiyac var. Bunun üçün əslində real addımlar atılmalıdır. Çünki güc say göstəricisi deyil. Diasporun gücü düzgün siyasət aparmasında, hansı fikri necə müdafiə etməsindədir. Diaspor özünü ifadə edə bilməlidir. Güclü diaspor fərqli insanların vahid mövqedə olması deməkdir. Vahid mövqedə olmaq üçün hədəf olmalıdır.

Xaricdə yaşayan azərbaycanlı ilk növbədə öz illi kimliyini unutmamalıdır. Eyni zamanda unutmamalıdır ki, o, öz milli kimliyini unutmağa çalışsa da, olduğu ölkədə bunu unutmayacaqlar. Bu səbəbdən də milli kimliyi qorumaq məsuliyyətini hər bir azərbaycanlı dərk etməlidir.

Hər bir azərbaycanlı yaşadığı ölkədə təkcə özünü deyil, həm də Azərbaycanı təmsil etdiyini də xatırlamalıdır.

Təşkilatlanma mütləq şəkildə olmalıdır. Çünki pərakəndə şəkildə yaşamaq və fəaliyyət göstərmək, ayaqda dayana bilmək, milli kimliyi qoruya bilmək o qədər də asan məsələ deyil. İnsan harada yaşamasından asılı olmayaraq, mənsub olduğu mədəniyyət qarşısında hər zaman məsuliyyət daşıyır. Əsas hədəf bunu unutmamaqdır. "Harada olursansa ol, azərbaycanlısan" - bu reallıq dəyişməyəcək.

İradə Cəlil, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA)

Məqalə, Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.14. diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
67
bizimyol.info

1Источники