RU

Minlərlə işçinin maaşı kəsilib: Naxçıvanda bayram hədiyyə si

ain.az bildirir, Gununsesi portalına istinadən.

Naxçıvanda minlərlə mədəniyyət işçisinin hər birinin maaşı 100-200 manat azaldılıb. Yerli Mədəniyyət Nazirliyi bunu struktur dəyişikliyi və büdcə kəsiri ilə əlaqələndirir.

Gununsesi.info xəbər verir ki, bu barədəu haqda „Gündəlik Naxçıvan“a bir qrup əməkdaş məlumat verib.

Əməkdaşlar deyirlər ki, bundan əlavə, nazirlik onların məzuniyyət pullarını da mənimsəyib.

Noyabrın sonlarında rayon və şəhər mədəniyyət idarələri ləğv olunub, onlar yeni yaradılmış regonal mədəniyyət idarələrinə birləşdiriliblər.

Narazı əməkdaşlar “büdcə kəsiri” bəhanəsinə inanmadıqlarını, maaşlarının birbaşa nazir tərəfindən mənimsənildiyini iddia edirlər:

“İşçilərə bayram qabağı qan ağlatdılar. Görmüşük ki, bayram qabağı artıq maaş verib, işçiləri sevindirərlər. Bunların da bizə hədiyyəsi belə oldu. Kiminin 200 manatı, kiminin 100, kiminin 150 manatı kəsilib. Bu, bəzilərimizin maaşının tən yarısı deməkdir. Bu qədər insafsızlıq olarmı? Camaat bayram günü uşağının üzünə necə baxsın.

Həsən müəllim gələndən nazirlikdə korrupsiya baş alıb gedir. O, mədəniyyət məhv etdi. Əminik ki, bizdən kəsilən pullar da birbaşa onun cibinə gedir. 100 minlərlə pul edir. O da təbii ki, yuxarılarla bölüşdürəcək.”

Əməkdaşlar aidiyyəti qurumlara müraciət edərək, bayram gününə kimi kəsilən maaşlarının geri ödənilməsini tələb edirlər.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
30
icma.az

1Источники