RU

Ukrayna hakimiyyəti onlayn seçkilərə hazırlaşır: Hibrid model gəlir

Ukrayna hakimiyyəti onlayn seçkilərə hazırlaşır: Hibrid model gəlir

Seçkilərin bir neçə gün davam etməsi və qismən rəqəmsal olması planlaşdırılır.

İnterpress.az xəbər verir ki, bu barədə “Xalqın Xidmətçisi” (“Sluqa Naroda”) fraksiyasının rəhbəri David Araxamiya məlumat yayıb.

Məlumata görə, Ukrayna rəhbərliyi seçkilərin onlayn formatda keçirilməsi imkanlarını araşdırır. Araxamiya bildirib ki, hazırda hibrid format nəzərdən keçirilir.

Bu formata əsasən, seçkilərin qismən oflayn (seçki məntəqələrində ənənəvi üsulla), qismən isə onlayn şəkildə təşkil edilməsi planlaşdırılır. Bundan əlavə, səsvermə prosesinin bir gün deyil, bir neçə günə yayılması məsələsi də gündəmdədir.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
18
interpress.az

1Источники