“Trust Wallet” istifadəçilərinə oğurlanan pullar geri qaytarılacaq.
İnterpress.az xəbər verir ki, bu barədə şirkətin rəsmi komandası məlumat yayıb.
Məlumata görə, “Trust Wallet” haker hücumu nəticəsində zərər çəkən bütün istifadəçilərə dəymiş ziyanı tam şəkildə kompensasiya edəcək.
Şirkət bəyan edib ki, insident yalnız brauzer genişlənməsinin 2.68 versiyasına təsir edib. İstifadəçilərə israrla tövsiyə olunur ki, həmin versiyanı dərhal söndürsünlər və mümkün qədər tez 2.69 versiyasına qədər yeniləsinlər.
Ümumi zərərin məbləği 6,77 milyon dollar (təxminən 11,5 milyon manat) qiymətləndirilir. Hadisənin yüzlərlə istifadəçiyə təsir etdiyi bildirilir.
Xuraman Etibarlı
İnterpress.az