Ötən gün "Araz-Naxçıvan"dan ayrılan Qara Qarayevin "Şamaxı"ya keçidi gündəmdə deyil.
Bunu Fanat.Az-a açıqlamasında bölgə təmsilçisinin və Azərhaycan millisinin baş məşqçisi Ayxan Abbasov deyib.
Təcrübəli mütəxəssis qış fasiləsində ümumiyyətlə transfer planlaşdırılmadığını deyib:
"İndiki durumda transfer nəzərdə tutulmayıb. Yalnız gedən olsa, onun yerinə kimisə gətirə bilərik. Qaraya gəlincə, onunla danışığımız olmayıb. Onun "Şamaxı"ya keçidi hazırda gündəmdə deyil".
Mirağa