RU

Zelenski Estoniya ilə Rusiyaya qarşı birgə addımları müzakirə etdi

Ukrayna Prezidenti Volodimir Zelenski Estoniyanın baş naziri Kristen Mixal ilə məhsuldar telefon danışığı apardığını bildirib.

KONKRET.az xəbər verir ki, Zelenskinin sözlərinə görə, hazırda qan tökülməsinin qarşısını almaq və layiqli sülhə nail olmaq üçün mühüm imkan yaranıb. O, Estoniyanın baş nazirini ABŞ tərəfi ilə aparılan son danışıqların detalları barədə məlumatlandırıb və tərəfdaşların mövcud vəziyyəti düzgün anlamasının, prosesə maksimum dərəcədə cəlb olunmasının vacibliyini vurğulayıb.

Danışıq zamanı tərəflər Ukrayna ilə Estoniya arasında gələcək əməkdaşlığı və Ukraynaya dəstəyin davam etdirilməsinin əhəmiyyətini də müzakirə ediblər. Zelenski qeyd edib ki, Estoniya Rusiya tərəfindən həyata keçirilən genişmiqyaslı hərbi təcavüzün ilk günlərindən etibarən Ukraynaya ciddi dəstək göstərir. O əlavə edib ki, 2025-ci il yanvarın 1-dən etibarən Estoniya NB8 ölkələrinin fəaliyyətinin koordinasiyasını həyata keçirəcək.

Prezident həmçinin SAFE proqramı çərçivəsində birgə layihələrin icrası və PURL proqramının əhəmiyyəti barədə də danışıldığını bildirib. Onun sözlərinə görə, bu proqramlar Ukraynanın hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsinə və enerji infrastrukturunun qorunmasına imkan yaradır.

Zelenski Estoniya tərəfinə Ukraynaya lazım olan bütün sahələrdə yardım göstərməyə hazır olduqları üçün təşəkkür edib.

Natiq Səlim,
KONKRET.az

Избранный
53
1
konkret.az

2Источники