RU

Türkiyədə Yeni ildə terror aktı törətməyə hazırlaşırdı

Türkiyədə Yeni ildə terror aktı hazırladığı müəyyən edilən İŞİD terror təşkilatının üzvü İbrahim Burtakuçin Malatyada saxlanılıb.

Publika.az xəbər verir ki, terrorçu Milli Kəşfiyyat Təşkilatı (MİT) ilə polisin birgə əməliyyatı nəticəsində tutulub.

MİT-in həyata keçirdiyi kəşfiyyat işləri çərçivəsində onun ölkə daxilində və xaricdə çoxsaylı İŞİD üzvləri ilə əlaqədə olduğu ortaya çıxıb. Şübhəlinin yaşayış yerində aparılan axtarışlar zamanı isə çox sayda rəqəmsal materiallar və qadağan edilən nəşrlər aşkarlanıb.

Избранный
61
3
publika.az

7Источники