Türkiyə Futbol Federasiyası (TFF) aparılan mərc araşdırması çərçivəsində son 5 ildə federasiya daxilində hakimlik etmiş və futbol üzrə mərc oyunu oynadığı müəyyən edilən 9 hakimin Futbol İntizamTəlimatının 57-ci maddəsi əsasında tədbirli olaraq Peşəkar Futbol Nizam-İntizam Qurumuna (PFDK) göndərildiyini açıqlayıb.
Offsideplus.az xəbər verir ki, siyahıda tanınmış FİFA referisi Ali Palabıyık da yer alır.
TFF-nin rəsmi saytında bildirilir ki, qərar 26.12.2025-ci ildən etibarən qüvvəyə minib.
PFDK-ya göndərilən hakimlər:
-
Ali Palabıyık
-
Ali Tuna
-
Alper Oran
-
Berkay Daban
-
Erhan Kutlu
-
Halit Karacabayı
-
Okan Akbal
-
Sedat Etik
-
Yusuf Bozdoğan
57-ci maddə nəyi qadağan edir?
Maddəyə əsasən, talimat daxilində olan şəxslərə futbol oyunları və futbolla bağlı fəaliyyətlər üzərindən birbaşa və ya dolayı şəkildə mərc oyunları oynamaq qadağandır. Qaydanı pozan şəxslər 3 aydan 1 ilə qədər oyunlardan uzaqlaşdırma və ya haklardan məhrumetmə cəzası ala bilər.
TFF, araşdırmanın davam etdiyini bildirib və məsələnin ictimaiyyətə hörmətlə təqdim olunduğunu vurğulayıb.