RU

Tramp: Putinlə tezliklə və istədiyim qədər danışacağam

Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

ABŞ Prezidenti Donald Trampın bu həftəsonu Ukraynalı həmkarı Volodimir Zelenski ilə məhsuldar görüşü gözlənilir.

Oxu.Az xəbər verir ki, Ağ Evin rəhbəri bunu "Politico" nəşrinə verdiyi müsahibədə bildirib.

Tərəflər arasında görüşün dekabrın 28-də Floridada baş tutacağı bildirilir.

"Düşünürəm ki, onunla hər şey yaxşı keçəcək. Fikrimcə, Putinlə də hər şey yaxşı olacaq", - deyə Tramp vurğulayıb. O, Rusiya prezidenti ilə tezliklə və istədiyi qədər danışmağı planlaşdırdığını deyib.

Bununla yanaşı, Tramp Kiyev tərəfindən hazırlanmış sülh planına "soyuq" münasibət göstərib.

"Zelenskinin mən təsdiqləməyincə heç nəyi olmayacaq. Görək onun əlində nə var", - deyə Tramp vurğulayıb.

Eyni zamanda ABŞ prezidenti iddia edib ki, Rusiya iqtisadiyyatı çox ağır vəziyyətdədir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
27
1
oxu.az

2Источники