RU

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

İsrail ordusu bir gündə iki dəfə Livandakı Birləşmiş Millətlər Təşkilatının Müvəqqəti Qüvvələrinin (UNIFIL) sülhməramlılarına hücum edib.

APA xəbər verir ki, bu barədə Cenevrədəki BMT Qərargahının Mətbuat Mərkəzi tərəfindən yayımlanan UNIFIL bəyanatında bildirilir.

"Bu səhər İsrail Müdafiə Qüvvələrinin (IDF) Mavi Xəttin cənubundakı mövqelərindən Bastarra kəndindəki nəzarət məntəqəsini yoxlayan UNIFIL patrul xidməti istiqamətində intensiv pulemyot atəşi açılıb. Atışma yaxınlıqdakı qumbara partlayışından sonra baş verib", - bəyanatda deyilir.

Избранный
30
1
apa.az

2Источники