AFFA İntizam Komitəsi "Kəpəz"i cəzalandırıb.
Sportinfo.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, komitə Gəncə təmsilçisini Azərbaycan Premyer Liqasının XVI turunun "Turan Tovuz"la oyununda baş verənlərə görə ümumilikdə 9500 manat məbləğində cərimələyib.
"Kəpəz" matç bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə 2500, azarkeşlərinin hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə və bu halın cari mövsümdə üçüncü dəfə təkrarlandığına görə isə 7000 manat ziyana düşüb.
"Kəpəz" - "Turan Tovuz" oyunu qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.