RU

KV: Avropa Tramp-Zelenski görüşündən müsbət nəticələr gözləyir

Avropa ABŞ prezidenti Donald Tramp və Ukrayna lideri Volodimir Zelenski arasında keçiriləcək görüşün Kiyev ilə sülh sazişinin yaxınlaşmasına kömək edəcəyini gözləyir.

"Report" xəbər verir ki, bu barədə CNN anonim qalmaq istəyən Avropa rəsmilərinə istinadən məlumat yayıb.

"Avropalılar müsbət görüş gözləyirlər, çünki onlar ABŞ və Ukrayna arasında münasibətlərin hazırkı dinamikasını məhsuldar kimi xarakterizə edirlər", - məqalədə qeyd olunub.

Mənbələrin bildirdiyinə görə, Avropa amerikalı və ukraynalı müzakirəçilərin "həftəlik intensiv səyləri"nin müsbət nəticə verəcəyini proqnozlaşdırır.

Qeyd edək ki, Zelenski Trampla görüşdən əvvəl NATO rəsmiləri, eləcə də Kanada, Almaniya, Finlandiya, Danimarka və Estoniya liderləri ilə görüşərək mövqelərini koordinasiya edib.

Bununla belə, ABŞ və Ukrayna Prezidentləri arasında keçiriləcək görüşdə Avropa liderlərinin iştirakı gözlənilmir. Müsbət gözləntilərə baxmayaraq, avropalı siyasətçilər Zelenskinin ABŞ-a son səfərinin Amerika liderinin gözlənilməz davranışı səbəbindən uğursuz ola biləcəyindən ehtiyat ediblər.

CNN mənbələrinə görə, avropalılar Trampla istənilən görüşün nəticəsinin gözlənilməz olduğuna inanırlar.

Избранный
69
1
far.az

2Источники