RU

Tailand və Kamboca atəşkəs barədə razılığa gəlib

Bakı. Trend:

Tailand və Kamboca arasında atəşkəs barədə sənəd imzalanıb.

Trend xəbər verirki, sənəd ortaq sərhəd komitəsinin 3-cü xüsusi görüşünün yekunundatəsdiqlənib.

Görüş Tailandın Çanthaburi və Kambocanın Pailin əyalətləriarasındakı sərhəd-keçid məntəqəsində baş tutub. Kamboca heyətinəBaş nazirin müavini və milli müdafiə naziri Tea Seiha, Tailandheyətinə isə müdafiə naziri Nattaphon Narkphanit rəhbərlik edib.Görüşdə ASEAN müşahidə qrupu iştirak edib.

Qeyd olunur ki, dekabrın 7-də Tailand-Kamboca sərhədində silahlıtoqquşmalar başlayıb. Hər iki tərəfdən həm hərbçilər, həm də mülkişəxslər arasında ölən və yaralananlar olub. Sərhədboyu ərazilərdən100 minlərlə sakin təxliyə edilib.

Избранный
83
4
az.trend.az

9Источники