RU

ÜST: Avropa dünyada spirtli içkilərin ən çox istehlak edildiyi regiondur

Avropada hər il təxminən 800 000 insan alkoqol qəbulu səbəbindən ölür.

“İki sahil” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. Qeyd olunub ki, Avropa dünyada spirtli içkilərin ən çox istehlak edildiyi regiondur: "Regionda alkoqol istehlakı hər il təxminən 800.000 ölümlə nəticələnir və ya regionda hər on bir ölümdən biridir".

ÜST ekspertləri vurğulayıblar ki, heç bir başqa psixoaktiv maddə bu qədər çox sayda xəsarətlə əlaqəli deyil. Bu, həm yol-nəqliyyat hadisələri nəticəsində ölüm hallarına, həm də özünə zərər vermə hallarına aiddir.

Избранный
34
1
ikisahil.az

4Источники