RU

Yakutiyada avtomobil buzun altına düşdü: Ölənlər var

BAKI, 27 dekabr. TELEQRAF

Yakutiyada avtomobil Lena çayı üzərində nəqliyyat üçün nəzərdə tutulmayan ərazidə buzun altına düşüb.

Teleqraf xəbər verir ki, bu barədə Saxa Respublikası (Yakutiya) üzrə Rusiya İstintaq Komitəsinin regional idarəsinin mətbuat xidməti məlumat yayıb.

Avtomobil buz örtüyünün qırılması nəticəsində suya düşüb. İlkin məlumata görə, hadisə nəticəsində iki nəfər ölüb, daha dörd nəfər, o cümlədən sürücü müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Bildirilib ki, hazırda hadisə yerində müstəntiq və kriminalistlər, həmçinin operativ xidmətlərin əməkdaşları çalışır. Avtomobilin sudan çıxarılması və itkin düşən şəxslərin axtarışı istiqamətində işlər aparılır. Yoxlamanın yekunlarına əsasən müvafiq prosessual qərar qəbul ediləcək.

Избранный
31
2
teleqraf.com

3Источники