RU

Azərbaycanda yeni rəqəmsal kitabxana istifadəyə veriləcək – RƏSMİ

Bakı. Trend:

Mədəniyyət Nazirliyinin tabeliyində Azərbaycan MilliKitabxanası, F.Köçərli adına Respublika Uşaq Kitabxanası,C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası, Respublika GözdənƏlillər Kitabxanası və 75 mərkəzləşdirilmiş kitabxana sistemifəaliyyət göstərir.

Bu barədə Trend-in sorğusuna cavab olaraq MədəniyyətNazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyin sistemində mövcud olan kitabxanalarınfondunda ümumilikdə 19 milyondan çox kitab var:

“Nazirlik tərəfindən kitabxana fondlarının yenilənməsi və kitabsənayesi subyektlərinin fəaliyyətinin dəstəklənməsi məqsədilə həril “Nəşrlərin satın alınması” müsabiqəsi təşkil olunur vəmütəxəssislərdən ibarət müvafiq komissiyanın qərarı ilə yüksəkbədii-estetik məzmuna və keyfiyyətə malik kitabların satınalınmasıhəyata keçirilir. Artıq ənənə halını almış bu proses son illər dahada genişləndirilib və 2023-cü ildə 546 adda, 41.098 nüsxə, 2024-cüildə 572 adda, 49.105 nüsxə, 2025-ci ildə isə 534 adda, 65.450nüsxə, ümumilikdə isə son üç ildə 1.652 adda 155.653 nüsxə kitabsatın alınıb”.

2025-ci ildə kitabxana-biblioqrafiya proseslərininrəqəmsallaşdırılması ilə əlaqədar mərkəzləşdirilmiş kitabxanasistemlərində KOHA (Avtomatlaşdırılmış Kitabxana - İdarəetməSistemi) proqramı tətbiq olunub

Qeyd edilib ki, 2025-ci il ərzində kitabxana-biblioqrafiyaproseslərinin rəqəmsallaşdırılması ilə əlaqədar mərkəzləşdirilmişkitabxana sistemlərində KOHA (Avtomatlaşdırılmış Kitabxana -İdarəetmə Sistemi) proqramı tətbiq olunub, 850 000-dən çox kitabınbiblioqrafik məlumatı elektron kataloqa daxil edilib:

“Hazırda KOHA proqramına inteqrasiya olunmuş mobil elektronkitabxana tətbiqinin ictimai istifadəyə verilməsi üzərində işaparılır”.

Nazirlik kitab satınalması və onun həyata keçirilmə meyarlarıhaqqında da məlumat verib. Bildirilib ki, Nəşr Planının Tərtibi vəNəşriyyat Məhsullarının Satınalınması üzrə Komissiya AzərbaycanRespublikası Mədəniyyət Nazirliyinin nəşr planının tərtibini və“Nəşrlərin satın alınması müsabiqəsi”nin təşkilini həyata keçirməkməqsədilə yaradılır:

“Komissiyanın tərkibi mədəniyyət, elm, ədəbiyyat, təhsil vədigər aidiyyəti sahələr üzrə mütəxəssislərdən ibarət tərkibdətəşkil olunur. Xarici nəşrlərin satınalınması zamanı Komissiyanıniclasında kitabxana və nəşriyyat sahələri üzrə digər mütəxəssislərməşvərətçi səslə iştirak edərək, təkliflərlə çıxış edə bilərlər.Hər ilin yanvar ayında Komissiya tərəfindən son bir il ərzindətəqdim olunmuş əlyazmalar və nəzərdə tutulan dövlət sifarişləriəsasında cari il üzə nəşr planı tərtib olunur”.

Nəşr planı üçün prioritet mövzular və istiqamətləraşağıdakılardır:

Dövlət ehtiyaclarını təmin etmək üçün nəzərdə tutulan nəşrlər;mədəniyyət sahəsində elmi tədqiqatların nəticələrinə dair əsərlər;yüksək bədii dəyərə malik ədəbi əsərlər; milli adət və ənənələr,bayramlar, tarixi rəmzlər və toponimlər barədə əsərlər; Azərbaycanetnoqrafiyası və folkloru barədə əsərlər; milli mədəni irsə vəmilli kulinariyaya aid əsərlər; Ermənistanın Azərbaycana qarşıtəcavüzünün mədəniyyət sahəsinə vurduğu ziyanlar, Qarabağdatörədilmiş vandalizm aktları barədə tədqiqat əsərləri; Vətənmüharibəsinə aid yüksək məzmuna malik əsərlər; uşaq musiqi,incəsənət və rəssamlıq məktəbləri üçün dərsliklər, metodikvəsaitlər və digər nəşrlər; görkəmli ədəbiyyat, incəsənət vəictimai xadimlərin əsərləri və onlar haqqında araşdırmalar,monoqrafiyalar və memuarlar; mədəni sərvətlərin müxtəlifistiqamətləri üzrə yeni məzmuna malik əsərlər.

Qeyd edilib ki, əlyazmaların nəşr planına daxil edilməsinəNazirliyə təqdim olunan müraciətlər əsasında baxılır:

“Komissiya tərəfindən hər ilin fevral ayında “Nəşrlərinsatınalınması müsabiqəsi” (bundan sonra – Müsabiqə) təşkil edilir.Müsabiqənin keçirilməsi barədə Nazirliyin rəsmi saytında və digərkütləvi informasiya vasitələrində elan verilir. Elanda Müsabiqədəiştirakla bağlı müəyyən olunmuş şərtlər göstərilir. NəşrlərMüsabiqə elan edildiyi gündən etibarən 30 gün ərzində Komissiyayatəqdim olunmalıdır. Müsabiqə üçün müəyyən edilmiş müddət başaçatdıqdan sonra təqdim olunan nəşrlər qəbul edilmir.

Məzmun və poliqrafik baxımdan qüsurlu, ümumi tirajı 300-dənaşağı (iki və daha çox cildli olduqda hər cildin tirajı 300-dənaşağı) olan nəşrlərin satınalınmasına yol verilmir”.

Əlyazmaların satınalınmasında nüsxə sayı, müəlliflikhüququ və keyfiyyət məsələlərinə xüsusi diqqətyetirilir

"Müsabiqədə Azərbaycan Respublikasının ərazisində olan və (vəya) fəaliyyət göstərən nəşriyyatlar, jurnal redaksiyaları,nəşriyyat işi ilə məşğul olan poliqrafiya müəssisələri, digərhüquqi şəxslər və müəlliflər (müəlliflik hüququ sahibləri) iştirakedə bilərlər. Müsabiqədə iştirak etmək istəyən müəlliflər(müəlliflik hüququ sahibləri) vergi ödəyicisinin eyniləşdirmənömrəsinə sahib olmalı və ya müəllifi (müəlliflik hüququ sahibi)olduqları nəşrləri çap olunduğu nəşriyyatlar vasitəsilə təqdimetməlidir", - qurumdan vurğulanıb.

Nazirlik əsərlərin alınması zamanı qonorar məsələsinə dəaydınlıq gətirib. Bildirilib ki, yalnız Nazirliyin sifarişi iləhazırlanan əsərlər üçün müəlliflərə qonorar ödənilir:

"Nazirliyin dəstəyi ilə çap olunan əlyazmalar üçün qonorarnəzərdə tutulmur".

Избранный
83
4
az.trend.az

5Источники