RU

"Sevilya"nın futbolçusu 6 oyunluq cəzalandırıldı

İspaniya Kral Futbol Federasiyasının (RFEF) İntizam Komitəsi “Sevilya”nın braziliyalı müdafiəçisi Markaoya ağır cəza verib.

Apasport.az xəbər verir ki, buna La Liqanın 17-ci turunda “Real”la matçdan sonra baş verənlər səbəb olub.

Futbolçu görüşün baş hakimi Alexandro Munyis Ruisə qarşı təhqiramiz ifadələr işlətdiyi, qeyri-idman davranışı sərgilədiyi və ikinci sarı vərəqənin ardından meydandan qovulduğu üçün 6 oyunluq diskvalifikasiya olunub.

Beləliklə, Markaonun fevralın ortasına qədər rəsmi matçlarda meydana çıxa bilməyəcəyi müəyyənləşib. “Sevilya”nın qərardan şikayət etmək hüququ olsa da, cəzanın azalma ehtimalının cüzi olduğu vurğulanıb.

“Real” – “Sevilya” görüşü meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Fransa millisinin sabiq məşqçisi dünyasını dəyişib

“Fənər”in hücumçusu Səudiyyə Ərəbistanında çıxış edə bilər

“Real” Alaba ilə bağlı qərarını verib

Türkiyədə mərc qalmaqalı davam edir: Məşhur hakim saxlanıldı

“Qalatasaray”ın futbolçusu “Trabzonspor”un radarında

Избранный
35
3
apasport.az

4Источники