RU

Qazaxda maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb

Qazaxda fəaliyyəti qanunsuz olaraq bərpa edilmiş maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb.

“İki sahil” xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, rayonun Xanlıqlar kəndində yerləşən fərdi sahibkar Vidadi Məmməd oğlu Bədəlova məxsus maye qazdoldurma məntəqəsində aparılan planlı yoxlama zamanı aşkar olunmuş pozuntular səbəbindən obyektin istismarı dayandırılıb: "Ancaq pozuntular aradan qaldırılmadan məntəqənin fəaliyyətini qanunsuz olaraq yenidən bərpa etdiyi barədə məlumat gəlib. Növbədənkənar yoxlama keçirilib və fakt təsdiqini tapıb. Nəticədə nöqsanların aradan qaldırılması məqsədilə sahibkar üçün yenidən əlavə müddət müəyyənləşdirilib və müvafiq akt tərtib olunub".

Vurğulanıb ki, obyekt sahibinə pozuntuları aradan qaldırmadığı təqdirdə daha sərt tədbirlərin tətbiq olunacağı ilə bağlı xəbərdarlıq edilib.

Избранный
29
3
ikisahil.az

4Источники