RU

Mingəçevir-Ağstafa marşrutu üzrə qatarların fəaliyyəti dayandırıldı

MİNGƏÇEVİR, 27 dekabr. TELEQRAF

Mingəçevir-Ağstafa marşrutu üzrə hərəkət edən qatarların fəaliyyəti dayandırılaraq Mingəçevir-Gəncə marşrutu ilə əvəzlənib.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, baş verən dəyişiklik Mingəçevir-Ağstafa marşrutu üzrə müşahidə olunan sərnişin azlığı ilə bağlıdır.

Mingəçevir-Gəncə qatarının hərəkət qrafiki də dəyişib. Hazırda bu marşrut üzrə səhər və axşamüstü gün ərzində iki dəfə sərnişin qatarı hərəkət edir.

Məlumata görə, növbəti ildən Mingəçevir-Bakı qatarının xəttə buraxılması gözlənilir.

Избранный
69
3
teleqraf.com

4Источники