RU

Miqrantlar, təzyiq və istismar: Xarici münaqişələrdə azərbaycanlıların vəziyyəti

Bakı. Trend:

Azərbaycanlıların SVO-da iştirakı məsələsi hüquqi, siyasi,mənəvi və humanitar baxımdan ciddi suallar doğurur. Burada vahidyanaşmadan deyil, fərqli kateqoriyalar üzrə fərqli məsuliyyət vərisklərdən danışmaq lazımdır.

Azərbaycanlıların SVO-da iştirakı ilə bağlı müşahidə olunanmənzərə üç əsas kateqoriyanı üzə çıxarır və hər birinin mahiyyətifərqlidir.

Birinci kateqoriyaya Rusiya vətəndaşı olan azərbaycanlılardaxildir. Hüquqi baxımdan bu şəxslər Rusiya Federasiyasınınqanunvericiliyinə tabedir və səfərbərlik və ya müqaviləli xidmətmexanizmləri çərçivəsində SVO-da iştirak edə bilərlər. Lakin buradamühüm məqam ondan ibarətdir ki, vətəndaşlıq faktı məsələniavtomatik olaraq siyasi və mənəvi mübahisədən kənarlaşdırmır. Çünkibu şəxslərin bir qismi Rusiya vətəndaşlığını real inteqrasiyanəticəsində deyil, sosial-iqtisadi məcburiyyətlər fonunda əldə edibvə onların seçim azadlığı çox zaman formal xarakter daşıyır.

İkinci və daha problemli kateqoriya miqrant statusunda olanazərbaycanlılardır. Bu şəxslər hüquqi baxımdan ən həssas qrupsayılır. Onların bir qismi yaşayış icazəsi, iş icazəsi, deportasiyatəhlükəsi və ya cinayət təqibi kimi risklərlə üz-üzə qalır. Beləşəraitdə müharibəyə “könüllü” cəlbetmə anlayışı ciddi sual altınadüşür. Praktikada bu, çox zaman açıq və ya gizli məcburetməformasını alır: ya döyüşə gedirsən, ya da ölkəni tərk edirsən. Buisə beynəlxalq humanitar hüququn və elementar insan haqlarınınruhuna ziddir və miqrantların faktiki olaraq istismar obyektinəçevrildiyini göstərir.

Üçüncü kateqoriya isə cəmiyyət üçün ən həssas və ağrılı məqamdır– 44 günlük Vətən müharibəsində iştirak etmiş Azərbaycanveteranlarının SVO-da yer alması. Bu şəxslər artıq öz dövlətləri vəxalqı qarşısında tarixi borcunu yerinə yetirmiş, bəziləri fiziki vəpsixoloji travmalarla üzləşmiş insanlardır. Onların başqa birdövlətin müharibəsində iştirak etməsi bir neçə baxımdan ciddisuallar doğurur. Birincisi, bu hal qazilik və veteranlıqanlayışının mənəvi mahiyyətinə zərbə vurur. İkincisi, bu,postmüharibə dövründə veteranların sosial adaptasiyası, psixolojidəstəyi və məşğulluğu ilə bağlı problemlərin hələ də tam həllolunmadığını göstərir. Üçüncüsü isə, belə hallar xarici tərəflərtərəfindən Azərbaycan cəmiyyətinin həssas qruplarından instrumentalşəkildə istifadə edilməsi riskini artırır.

Bu üç kateqoriyanın mövcudluğu onu göstərir ki, SVO-daazərbaycanlıların iştirakı vahid səbəbdən qaynaqlanmır. Buradahüquqi boşluqlar, sosial çətinliklər, miqrantların müdafiəsizliyikimi amillər bir-biri ilə kəsişir. Xüsusilə veteranların bu prosesəcəlb olunması dövlət və cəmiyyət üçün ciddi xəbərdarlıq siqnalıolmalıdır.

Dördüncü qeyd etdiyimiz hadisə isə problemin humanitar tərəfinikəskin şəkildə üzə çıxarır. SVO-da ağır xəsarətlər almış birazərbaycanlının uzun müddət Rusiya vətəndaşlığını ala bilməməsi,hətta ilkin mərhələdə formal bəhanələrlə prosesdən kənardasaxlanılması bu cür müharibələrdə iştirak edən miqrantların necəasanlıqla istifadə edilə və sonra unudula bildiyini göstərir. Onunyalnız uzun ictimai müzakirələrdən və təzyiqlərdən sonravətəndaşlıq ala bilməsi, verilən vədlərlə real münasibət arasındakıuçurumu açıq şəkildə nümayiş etdirir.

Bu hadisə bir daha sübut edir ki, xarici münaqişələrdə iştirakedən azərbaycanlılar çox zaman nə hüquqi təminata, nə sosialmüdafiəyə, nə də real dövlət himayəsinə malik olurlar. Risk isəbütün hallarda həmin şəxsin və ailəsinin üzərinə düşür.

Ümumilikdə, bu məsələyə yanaşma aydın olmalıdır: Azərbaycanvətəndaşlarının və xüsusilə qazilərin xarici silahlı münaqişələrdəiştirakı nə hüquqi, nə siyasi, nə də mənəvi baxımdan qəbul ediləbilər.

Nəticə etibarilə, məsələ təkcə xarici münaqişədə iştirak faktıdeyil, kimlərin, hansı şəraitdə və hansı məcburiyyət altında bumünaqişəyə cəlb olunmasıdır. Bu reallıq həm hüquqi qiymətləndirmə,həm də ictimai mövqe baxımından aydın və prinsipial yanaşma tələbedir. Dövlət strukturları, cəmiyyət və media bu mövzuda emosionaldeyil, lakin qəti və məsuliyyətli mövqe ortaya qoymalıdır ki, oxşarhallar gələcəkdə sistemli problemə çevrilməsin.

Azərbaycanlıların SVO-da iştirakı məsələsi hüquqi, siyasi,mənəvi və humanitar baxımdan ciddi suallar doğurur. Burada vahidyanaşmadan deyil, fərqli kateqoriyalar üzrə fərqli məsuliyyət vərisklərdən danışmaq lazımdır.

Azərbaycan qanunvericiliyində muzdluluq cinayət məsuliyyətiyaradan əməllər sırasındadır. Mövcud reallıqlar göstərir ki,hüquq-mühafizə orqanları bu sahədə həm profilaktik, həm dəcəzalandırıcı mexanizmləri daha da sərtləşdirməli, xarici silahlımünaqişələrdə iştirakın qarşısının alınması istiqamətində ardıcılsiyasət yürütməlidir. Burada məqsəd cəza verməkdən daha çox,qarşısını almaq və qoruyucu mexanizmlər yaratmaq olmalıdır.Azərbaycan hüquq-mühafizə orqanlarının muzdluluq sahəsindəsanksiyaları və siyasəti sərtləşdirməsi artıq sadəcə hüquqi seçimdeyil, strateji zərurət kimi çıxış edir. Mövcud regional və qlobalreallıqlar göstərir ki, xarici silahlı münaqişələrdə iştirakhalları tək-tək epizodlar olmaqdan çıxaraq daha sistemli riskəçevrilmək potensialına malikdir. Xarici münaqişələrdə iştirak edənşəxslərin geri qayıtdıqdan sonra yaratdığı təhlükəsizlik riskinəzərə alınmalıdır. Belə şəxslər travmatik təcrübə, radikallaşma vəya silahlı davranış vərdişləri ilə cəmiyyətə qayıda bilərlər. Buisə təkcə fərdi deyil, ictimai təhlükəsizlik problemi yaradır. Məhzbuna görə də muzdluluqla mübarizə yalnız cəza mexanizmi deyil,milli təhlükəsizlik siyasətinin tərkib hissəsi kimiqurulmalıdır.

Sanksiyaların sərtləşdirilməsi təkcə cəzanın ağırlaşdırılmasıdemək olmamalıdır. Burada profilaktika, erkən xəbərdarlıq vənəzarət mexanizmləri əsas rol oynamalıdır. Risk qrupları ilə iş,maarifləndirmə, hüquqi nəticələrin açıq izahı və sosialalternativlərin yaradılması hüquq-mühafizə siyasətinin ayrılmazhissəsinə çevrilməlidir. Dövlət açıq şəkildə göstərməlidir ki,xarici silahlı münaqişələrdə iştirak nə qəhrəmanlıqdır, nə də qəbuledilən davranış formasıdır.


Избранный
56
2
az.trend.az

3Источники