RU

"Barselona"nın yeni müdafiəçi planı

style='margin-bottom:10px;'>

"Barselona" zədəli futbolçusu Andreas Kristensenin yerinə yeni oyunçu transfer etməyi planlaşdırır.

QOL.az xəbər verir ki, bu barədə sport.es məlumat yayıb.

Kataloniya təmsilçisi "Çelsi"nin müdafiəçisi Aksel Disasi transfer etmək niyyətindədir. Klub fransalı futbolçunun idman baxımından "Barselona" üçün yaxşı seçim olduğunu düşünür. Lakin onun potensial transferi "Barselona"dakı maliyyə vəziyyəti ilə çətinləşə bilər.

Qeyd edək ki, 27 yaşlı Disasi 2023-cü ildən "Çelsi"nin futbolçusudur. O, bu ilin fevral ayından iyun ayınadək icarə əsasında "Aston Villa"da oynayır. 

Избранный
36
1
teleqraf.com

2Источники