RU

“Formula-1”ə könül verənlərin sayı artır

“Formula-1” 2025-ci ildəki rekord göstəricilər ilə bağlı məlumat paylaşıb.

"Football-plus.az" xəbər verir ki, dünya çempionatının qlobal auditoriyası 827 milyona çatıb ki, bu da bir il əvvəllə müqayisədə 12 faiz artıqdı. Həmçinin “Formula-1”in auditoriyası gəncləşir: azarkeşlərin 43 faizi yaşı 35-dən az olanlardı, bu il azarkeşlər sırasına qoşulanların 48 faizi isə qadınlardı.

“Formula-1”in sosial şəbəkələrdəki abunəçilərinin sayı 114,5 milyona (2024-də 97,4, 2018-də 18,7) çatıb. 2025 mövsümündə dünya çempionatının mərhələlərini 6,7 milyon azarkeş izləyib. Böyük Britaniya (500 min) və Avstraliya (465 min) mərhələləri bu göstəricidə rekord müəyyənləşdirib.

Избранный
72
1
football-plus.az

2Источники