RU

Köç karvanı Ağdərənin Vəngli kəndinə çatıb, açarlar təqdim olunub - YENİLƏNİB

Yazını böyüt
Yazını kiçilt

Dekabrın 27-də Ağdərə rayonunun Vəngli kəndinə növbəti köç prosesi həyata keçirilib.

Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən hafta.az-a verilən məlumata görə, bu mərhələdə kəndə 10 ailə olmaqla ümumilikdə 44 nəfər köçürülüb.

Kəndə çatan sakinlər qarşılandıqdan sonra onlara Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları tərəfindən yeni bərpa olunmuş fərdi yaşayış evlərinin açarları təqdim edilib.

Qeyd edək ki, Vəngli kəndində bərpa və yenidənqurma işləri mərhələli şəkildə aparılır, sakinlərin rahat və təhlükəsiz yaşayışı üçün zəruri infrastruktur yaradılıb.

Köç prosesinin növbəti mərhələlərdə də davam etdirilməsi nəzərdə tutulur.

***

12:15

İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış proqramı çərçivəsində dekabrın 27-də Ağdərə rayonunun Vəngli kəndinə növbəti köç yola salınıb.

Hafta.az xəbər verir ki, Ağdam rayonunun Dördyol ərazisindən yola salınan köç karvanı respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarətdir.

Bu mərhələdə Vəngli kəndinə 10 ailə - 44 nəfər köçürülür.

Избранный
56
8
hafta.az

10Источники