RU

Ermənistan və Gürcüstan bank depozitlərinə görə Azərbaycandan öndədir ƏHALİ BANKLARA NİYƏ ETİBAR ETMİR?

ain.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“CEIC Datanın məlumatına görə, Gürcüstanın ölkə banklarında ümumi depozitlərin həcmi 24.95 milyard dollardır. Ermənistanda bu rəqəm 18.32 milyard dollardır”.

Gununsesi.info bildirir ki, hesabata əsasən Azərbaycanda isə bu rəqəm 17.89 milyard dollar təşkil edir.

Maraqlıdır ki, bizim əhalinin sayı da hər iki ölkənin əhalisindən  xeyli çoxdur, iqtisadiyyatımız da  böyükdür, amma ölkədəki banklarda pul onlardakından xeyli çox olmaq əvəzinə, azdlr.

Ekspert Altay Göyüşov hesab edir ki,  bu qətiyyən Mərkəzi Bank sədrinin dediyi kimi   “yastığın altındakı pul”  söhbəti deyil:

“Çünki bu rəqəmlərə təkcə camaatın yox, həm də bizneslərin pulu daxildir.

Başqa sözlə, bu rəqəmlər bizdə iqtisadiyyatın bərbad gündə olduğunu açıq-aydln şəkildə nümayiş etdirir.

Konkret nəyi göstərir bu rəqəmlər? Bunları da hamımız bilirik. Bu rəqəmlər kölgə iqtisadiyyatının böyüklüyünü, xarici investisiyaların yoxluğunu, əhalinin banklara etibar etməməsini və ən əsası, məmurların özlərinin idarə etdiyi ölkəyə inanmayıb, bütün var-dövlətlərini ölkədən çıxardıb, xaricə daşıdıqlarını göstərir”.

Afət Abbasova

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
39
icma.az

1Источники