Düşünürəm ki, nə qədər çox binalar inşa olunsa, 2026-cı ilin çətin iqtisadi şəraitini yüngülləşdirmək, insanların işlə təmin olunması və daşınmaz əmlak bazarını stimullaşdırmaqla, alqı-satqı faktlarının artımı ilə iqtisadiyyata töhfə vermək mümkündür. Əslində bu cür yanaşma çətin maliyyə vəziyyətində çox böyük dəstək olacaq”. Ekspert bildirib ki, torpaq qiymətlərində dəyişikliklər gözlənilir: “Ziya Bünyadov və Heydər Əliyev prospektlərinin kəsişməsində yeni kompleksin tikintisi təkcə həmin ərazidə yox, Kürdəxanı və Balaxanı istiqamətində infrastrukturun inkişafına səbəb olacaq, ətraf ərazilərdə torpaq qiymətlərinin artımı baş verəcək. Həmçinin, bu yaxınlarda Qobu–Hökməli yolunun təmiri ilə bağlı Sərəncamın imzalanması həmin ərazilərdə qiymətə təsir göstərəcək”.