RU

"Real"ın futbolçusu "Napoli"nin radarında

"Napoli" "Real"ın yarımmüdafiəçisi Franko Mastantuononu transfer etmək istəyir.

Apasport.az xəbər verir ki, bu barədə "Defensa Central" məlumat yayıb.

Neapol təmsilçisi 18 yaşlı argentinalı üçün "kral klubu"na 50 milyon avro təklif etməyə hazırdır. Lakin "Real" rəhbərliyi indi istedadlı oyunçusunu satmağa hazır deyil. "Real" Mastantuononun daha yaxşı səviyyədə olacağına inanır.

Futbolçunun klubla hazırkı əmək müqaviləsi 30 iyun 2031-ci ilə qədərdir. 

Bu mövsüm Franko Mastantuono "Real"da 13 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə verib.

"Roma"da çıxış edən türkiyəli futbolçu "Yuventus"a keçə bilər

Messi "Barselona"ya qayıda bilər

Kenan Yıldız “Yuventus”da qalacaq? - danışıqlar davam edir

PSJ-nin hücumçusu "Liverpul"un hədəfində

Uruqvaylı yarımmüdafiəçi La Liqa klubunda

Избранный
21
apasport.az

1Источники