“Bornmut” və “Çelsi” “Latsio”nun 25 yaşlı ispan müdafiəçisi Mario Xila ilə yaxından maraqlanır.
Fanat.Az xəbər verir ki, Premyer Liqa təmsilçiləri futbolçunun çıxışını bir müddətdir diqqətlə izləyir.
Mario Xila bu mövsüm “Latsio”nun heyətində sabit performansı ilə seçilib və müdafiədə etibarlı oyun sərgiləyib. Onun fiziki gücü, hava toplarındakı üstünlüyü və oyunu arxadan qurmaq bacarığı Avropa klublarının diqqətini çəkir.
İtaliya mətbuatının yazdığına görə, “Latsio” futbolçunu yalnız ciddi təklif qarşılığında satmağa hazırdır.
Qeyd edək ki, Mario Xilanın hazırkı müqaviləsi davam edir və mümkün transfer üçün danışıqların yay aylarında intensivləşəcəyi gözlənilir.