RU

Xankəndidə “Qış nağılı” bayram yarmarkası fəaliyyətə başladı - FOTO

Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə dekabrın 27-də Xankəndi şəhərində "Qış nağılı" adlı bayram yarmarkası fəaliyyətə başlayıb.

Bizim.Media xəbər verir ki, yarmarka Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi, Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı ilə keçirilir.

Sayca 2-ci dəfə təşkil edilən yarmarka Xankəndidə Zəfər meydanında qurulub.

Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, yanvarın 5-dək davam edəcək yarmarkada 30-dək şirkət öz məhsulları ilə təmsil olunur.



Bizim.Media

Избранный
71
20
bizim.media

10Источники