RU

ABŞ da 3 mindən çox uçuş təxirə salınıb

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Vaşinqton, 27 dekabr, AZƏRTAC

ABŞ-ın şimal-şərqində yağan güclü qar səbəbi ilə 3 mindən çox uçuş təxirə salınıb və təxminən 700 uçuş ləğv edilib.

AZƏRTAC-ın məlumatına görə, Nyu-York metropoliten ərazisində yerləşən üç əsas hava limanı ən çox zərər çəkənlər arasındadır. Ötən gün isə 8500-dən çox uçuş gecikib və 1700 reys ləğv edilib.

Federal Aviasiya Administrasiyasının məlumatına görə, Con Kennedi Beynəlxalq Hava Limanına uçuşlar şənbə səhəri orta hesabla təxminən iki saat təxirə salınıb.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
72
10
azertag.az

10Источники