RU

Qvatamelada avtobus dərəyə aşıb, 15 nəfər ölüb

Vaşinqton, 27 dekabr, AZƏRTAC

Qvatemalanın qərbində Amerikaarası Magistral Yolda sərnişin avtobusunun dərəyə düşməsi nəticəsində ən azı 15 nəfər ölüb, 19 nəfər yaralanıb.

AZƏRTAC-ın məlumatına görə, ölənlər arasında üç qadın və bir azyaşlı var.

Yerli rəsmilərin sözlərinə görə, yüksək dağlıq ərazidə hərəkət edərkən təxminən 75 metr dərinlikdəki dərəyə düşən avtobusun hansı səbəbdən qəza etməsi məlum deyil.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Избранный
64
azertag.az

1Источники