RU

"Əcəb edirik, yenə də plastik əməliyyata gedəcəyik" - VİDEO

"Estetiklilər" mövzusuna aydınlıq gətirim. Ən çox rəy yazan xanımlardır. Ona görə də xanımlara müraciət edirəm: Biz estetik əməliyyat olunduğumuzu gizlədirik? Yox. Əvvəl də, indi də, bundan sonra da paylaşacağam. Utanılacaq bir iş də görməmişəm. Həmin xanımı paylaşmaqda isə məqsədim nə idi: bizə "estetiklilər" yazıb gülüş qoyan o xanım bəlkə də məndən çox əməliyyat etdirib. Bir şey ki, özündə görməyib, başqalarında məsxərəyə qoymağını düzgün bilmirəm və onun üçün də paylaşdım. Paylaşmışam, yaxşı etmişəm. Bundan sonra da paylaşacağam. Sakit, hər şeyə susan qızları görməyəcəksiniz".

 

Bu sözləri müğənnilər Sevil və Sevinc Səfərova sosial şəbəkədə deyib. Estetik əməliyyat etdirmələrini ələ salanlara cavab verən əkizlər tənqidlərə əsəbiləşib.

 

Bacılar bildirib ki, bundan sonra da estetik əməliyyat etdirməyi düşünürlər. İfaçılar etdirdikləri estetik prosedurları sadalayıblar:

 

"Burun əməliyyatı etdirmişəm, dodaq doldurmuşam. Üzgərmə də edəcəyəm. Sizə nə? Mənim üzüm deyil? Özüm bilərəm. Siz niyə özünüzdə etdiyinizi başqasında pis bilirsiniz? Niyə siz edəndə yaxşıdır, biz edəndə pis olur? Siz də etməyin".  (Axşam.az)

Tarix: 27 Dekabr 2025, 21:08   
Избранный
43
5
pravda.az

6Источники