RU

16 yaş, sürücülük vəsiqəsi, 100 manat cərimə - Moped idarə etməyə dair YENİ QANUNVİDEO

Qanuna dəyişiklik təsdiqləndi... Moped sürücülərindən də sürücülük vəsiqəsi tələb olunacaq...

Prezident İlham Əliyev bununla bağlı "Yol hərəkəti haqqında" qanuna dəyişikliyi təsdiqləyib. Gələn ildən etibarən mopedlər qeydiyyata alınacaq və sürücülük vəsiqəsi olmadan idarə edən şəxslər məsuliyyətə cəlb olunacaqlar.

Xezerxeber.az-ın xəbərinə görə, nəqliyyat eksperti Ərşad Hüseynov bildirib ki, 2026-cı ilin mart ayının 27-dən etibarən mopedlər də qeydiyyat nişanı ilə təmin olunacaq.

Ekspert qeyd edir ki, moped xidmətindən istifadə edərək çatdırılma xidməti göstərən şirkətlər vaxtında əməkdaşların qeydiyyata düşməsi ilə bağlı müvafiq qurumlara müraciət etməlidirlər. Əks təqdirdə həmin şirkətlər çatdırılma ilə bağlı problemlər yaşaya bilərlər.

Qanun qüvvəyə mindikdən sonra paytaxt küçələrində 16 yaşdan aşağı şəxslərin moped idarə etməsi mümkün olmayacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Избранный
27
xezerxeber.az

1Источники