RU

Ronaldo dubl etdi, komandası qələbə seriyasını QORUDU

Səudiyyə Ərəbistanı çempionatının 11-ci turunda "Əl-Nəsr" doğma meydanda "Əl Ohdud"u qəbul edib.

Paralel.az xəbər verir ki , qarşılaşma meydan sahiblərinin böyükhesablı hesablı qələbəsi ilə yekunlaşıb.

Matçın əsas qəhrəmanı komandanın 40 yaşlı ulduz hücumçusu Kriştiano Ronaldo olub.

Portuqaliyalı ulduz 31-ci və 45+3-cü dəqiqələrdə fərqlənərək dubl edib.

27 dekabr

"Əl-Nəsr" – "Əl Ohdud" - 3:0

Qollar: K.Ronaldo, 31, 45+3, J.Feliks, 90+

Xatırladaq ki, hesabında 12 qol olan Ronaldo bombardirlər yarışında komanda yoldaşı Felikslə birlikdə liderliyi bölüşür.

Qeyd edək ki, keçirdiyi 10 oyunun hamısında qalib gələn "Əl-Nəsr" 30 xalla turnir cədvəlinə başçılıq edir. "Əl Ohdud" isə 5 xalla 17-ci pillədə qərarlaşıb.

Избранный
38
4
paralel.az

5Источники