RU

Narlı Çuğundur Salatı

Milli.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Milli.Az nrlı və çuğundurlu salatın hazırlanma qaydasını təqdim edir:

Lazım olan ərzaqlar:

1 su stəkanı incə bulqur

İslatmaq üçün isti su

1 ədəd yer kökü

Yarım ədəd qırmızı kələm

2 ədəd sobada bişmiş (fırınlanmış) çuğundur

Duz və istiot

Zeytun yağı

1 ədəd limonun suyu

3 ovuc kaju fındığı

1 su stəkanı nar dənəsi

Bəzəmək üçün:

Pendir

Hazırlanma qaydası

İncə bulquru geniş bir qarışdırma qabına götürüb üzərinə çıxacaq qədər isti su əlavə edərək şişməsi üçün kənarda saxlayın. Bu vaxt qırmızı kələmi nazik dilimlər şəklində doğrayıb başqa bir qaba alın. Üzərinə rəndələnmiş yer kökü və əvvəlcədən sobada bişmiş rəndələnmiş çuğunduru əlavə edərək yaxşıca harmanlayın.

Tərəvəz qarışığını şişmiş bulqurların üzərinə əlavə edib hamısını bir yerdə qarışdırın. Salatı dadlandırmaq üçün üzərinə duz, istiot, zeytun yağı və limon suyunu töküb qarışdırmağa davam edin. Son olaraq iri hissələr şəklində doğradığınız kaju fındıqlarını və təravətli nar dənələrini əlavə edib yüngülcə qarışdırın. Hazır olan salatı servis boşqabına yerləşdirib, üzərini keçi pendiri ilə bəzəyərək təqdim edin.Lalə Qüdrətova

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
41
1
news.milli.az

2Источники