RU

Qərbi Azərbaycan Xronikası: Aşağı Necilidə gəlin köçən qıza niyə balış verilirdi?

Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında Zəngibasar mahalının Aşağı Necili kəndinin tarixi, abidələri və adətləri haqqında veriliş hazırlanıb.

Verilişdə Zəngibasar (Masis) rayonunda yerləşən kənddə üzərində yazı olmayan müəmmalı qoç qəbirləri, ikiminillik yaddaşı qoruyub saxlayan Necili toponimi, Zəngibasardan Beyləqan və Ucara aparılan ölüm yolundan danışılır.

Vurğulanır ki, Nig, Nuh, el və il paralelləri Necili kəndinin türk kimliyini sübut edir: "Zəngi çayı üzərində ucaldılan türk xaçında gizlənən tarixi həqiqətlər var. 1988-ci il iyunun 18-də baş verən erməni hücumundan sonra Aşağı Necili kəndinin qara günü başlayıb. Kənddə evlər yandırılıb, dağıdılıb və tarix susdurulub. Yük vaqonlarında sürgün edilən 200 ailə faciəvi tale yaşayıb. Bir sözlə, susuz çöllərdə nəsillər məhv olub, kənd yaddaşı itirilib".

Verilişdə Aşağı Necilidə gəlin köçən qıza balış verilməsi, evə gəlin gələndə bəyin damdan onu alma ilə vurması adətlərindən söz açılır.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Qərbi Azərbaycan Xronikası: Aşağı Necilidə gəlin köçən qıza niyə balış verilirdi?

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
28
3
oxu.az

4Источники