RU

Böyük Britaniya Konqo vətəndaşları üçün viza tələblərini sərtləşdirib

Böyük Britaniya Kinşasanın qeyri-qanuni miqrantların və məhkum olunmuş cinayətkarların geri qaytarılması məsələsində kifayət qədər əməkdaşlıq göstərməməsi fonunda Konqo Demokratik Respublikasının (KDR) vətəndaşları üçün vizaların alınması qaydasını sərtləşdirib.

"Report"un "The Daily Telegraph" qəzetinə istinadən məlumatına görə, konqolu diplomatlar və siyasətçilər vizaların prioritet qaydada nəzərdən keçirilməsi imkanından, adi vətəndaşlar isə sürətləndirilmiş vizadan məhrum ediliblər.

Böyük Britaniyanın daxili işlər naziri Şabana Mahmud xəbərdarlıq edib ki, əgər irəliləyiş əldə olunmasa, London Konqo vətəndaşlarına, o cümlədən ölkə prezidenti Feliks Çisekediyə vizaların verilməsini tamamilə dayandıra bilər.

"Biz ümid edirik ki, ölkələr qaydalara uyğun davranacaqlar. Əgər onların hər hansı vətəndaşı burada qalmaq hüququna malik deyilsə, onlar onu geri götürməlidirlər. Mən Anqolaya və Namibiyaya təşəkkür edir və əməkdaşlıqlarını alqışlayıram. İndi KDR-in düzgün addım atma vaxtıdır: öz vətəndaşlarınızı geri götürün, əks halda, ölkəmizə daxil olmaq imtiyazını itirəcəksiniz", – deyə Mahmud bildirib.

Избранный
100
5
far.az

6Источники