Suriya ordusu inteqrasiyadan imtina edən hazırdır.
Bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.
SDQ/YPG terror təşkilatına verilən vaxt dekabrın 31-də başa çatır.
“Suriya ordusunda kimin harada olacağı, hansı silah və hansı diviziyanın harada yerləşdiriləcəyi ilə bağlı bütün hazırlıq tamamlanıb”, - nəşr yazıb.
PKK lideri Abdullah Öcalan da vəziyyətin həssaslığını nəzərə alaraq, SDQ-yə struktur və mövqelərin Dəməşqə təhvil verilməsinə dair mesaj göndərib.
SDQ-YPG-nin siyasi qanadı PYD-nin liderlərindən İlham Əhmədin altı aydır ABŞ rəsmiləri ilə görüşə bilmədiyi qeyd edilir: “Əvvəllər PYD üzvlərinin bütün maaşları ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) tərəfindən ödənilirdi, təşkilatdan bildirilib ki, ABŞ və digər Qərb ölkələrindən ödənişlər dayandırılıb, yalnız İsraildən dəstək alırlar”.
SDQ-YPG mümkün əməliyyatlarla bağlı Dəməşqi təhdid edib: “Əməliyyat başlasa, Suriyanın strateji nöqtələrini vuracağıq”.
Suriya rəhbərliyi isə əməliyyata hazırlaşır. Əhməd Şaraa administrasiyası bu əməliyyatın qaçılmaz olduğunu bilir. Dəməşq bir həftə ərzində SDQ-YPG-dən Hələb, Tabka, Raqqa və Deyr əz-Zordan çəkilməsini tələb edib.(“Teleqraf”)