RU

Polşa PUA-lara qarşı müdafiə sistemi yaradacaq

Bakı. Trend:

Polşa iki il ərzində ölkənin şərq sərhədində pilotsuz uçuşaparatlarına (PUA) qarşı yeni müdafiə sisteminin yaradılmasını başaçatdırmağı planlaşdırır.

Trend xəbər verir ki, bubarədə Polşanın müdafiə nazirinin müavini Sezari Tomçik “TheGuardian” qəzetinə verdiyi müsahibədə bildirib.

“Sistemin ilkin imkanlarından təxminən altı ay ərzində, bəlkə dədaha tez istifadə edə biləcəyimizi gözləyirik. Sistemin tam şəkildəistifadəyə verilməsi isə 24 ay çəkəcək”, – deyə o qeyd edib.

Tomçikin sözlərinə görə, yeni hava hücumundan müdafiə sistemlərion il əvvəl inşa edilmiş mövcud müdafiə xəttinə inteqrasiyaolunacaq. O bildirib ki, bu müdafiə xətti çoxqatlı olacaq vəpulemyotlar, artilleriya qurğuları, raketlər, eləcə də dronlaraqarşı radioelektron maneə sistemləri kimi müxtəlif müdafiəvasitələrini əhatə edəcək.

Qəzetin mənbələrinə istinadən verdiyi məlumata görə, layihənindəyəri təxminən 2 milyard avro təşkil edəcək.

Избранный
64
4
az.trend.az

5Источники